"Hizbullah"ın silah mütəxəssisi öldürülüb | VİDEO

   "Hizbullah"ın silah mütəxəssisi öldürülüb |    VİDEO
  21 May 2025    Oxunub:292
İsrail Hərbi Hava Qüvvələrinin Livanın sahilyanı Sur şəhərinin yaxınlığına endirdiyi aviazərbə nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının "silah istehsalı sahəsində əsas fiqurlarından sayılan" nümayəndəsi Hüseyn Nəzih Bərci öldürülüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, öldürülən terrorçu təcrübəli mühəndis kimi "Hizbullah" qruplaşmasının silah-sursat araşdırmaları və inkişafı diviziyasında fəaliyyət göstərib. Onun raket istehsalı üçün infrastrukturun yaradılmasında da məsul rol oynadığı vurğulanır.
İsrailə 7 oktyabr hücumunun daha bir iştirakçısı öldürülüb

Xatırladaq ki, bu gün İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəzza zolağının şimalına endirdiyi aviazərbə nəticəsində həmçinin 2023-cü ilin 7 oktyabrında İsrailə qarşı hücumun iştirakçılarından biri, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının ali rütbəli üzvü Məhəmməd Şahin də zərərsizləşdirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   münaqişə  





Xəbər lenti